İlkin Dövlətov (16 iyun 1990, Bakı) — azərbaycanlı muğam ifaçısı. Səs Azərbaycan yarışmasının xalq mahnıları kateqoriyasında ikinci yer tutduqdan sonra məşhurlaşmışdır. 2024 Avroviziya Mahnı Müsabiqəsində Fahree ilə birlikdə "Özünlə apar" mahnısıyla Azərbaycanı təmsil etmiş, 1-ci yarımfinalda 11 xalla 14-cü yeri tutmuşdur.